KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Sərt danış, amma ədəb həddini aşma!

18 dekabr 2019 15:12
440

Elvin İsayev adlı birisinin adı hallanır. Az öncə Baş Prokurorluğun da onunla bağlı bir açıqlamasını oxudum. İki gün öncə məlum və məşhur Freedom House da onunla bağlı bir açıqlama yaymışdı. Bir qayda olaraq bu adamı müəyyən dairələr “tənqidçi blogger” kimi qələmə verir. Bəli, məhz qələmə verir.

Onunla bağlı heç vaxt heç bir görüntünü izləməmişəm. Yəni söyüşcül birisi olduğunu deyirdilər, ona görə də maraq dairəmdən kənar olub. Ümumiyyətlə, söyüşlə məşğul olan heç kəsin çıxışlarına baxmıram, yazılarını oxumuram. Lakin şəxsimi belə ən sərt tənqid edənlərin çıxışlarını təmkinlə izləməyə davam edirəm.

Bu Elvin İsayev də söyüşcül olduğu üçün heç bir çıxışını izləməmişdim. Ancaq indi ki, bu adam gündəmdədir, nəyin necə olduğunu öyrənmək üçün axtardım, tapdım və səbrimi toparlayıb bir çıxışına baxdım…

Gəldiyim qənaət: heç kim başqası, onun ailə üzvləri haqqında belə danışa bilməz, danışmamalıdır! Heç kim münasibətini belə səviyyəsiz şəkildə, ədəb dışı dildə ifadə etməməlidir! Heç kimə ixtiyar verilə bilməz ki, mənim dövlətimin vəzifəli şəxsləri haqqında belə tərbiyəsizlik etsin! Biz demokratik, sivil bir ölkədə yaşayırıq. Əgər kimsə kimisə, lap elə Prezidenti tənqid etmək istəyirsə, bunu ədəb, əxlaq və tərbiyə çərçivəsində etməlidir!

Bu – adına belə bulaşmaq istəmədiyim Elvin İsayev adlı varlıq bir fəlakətdir! Belələrindən bir neçə nəfər var. Kişilikdə payı olmayan bu varlıqlar xarici ölkələrdə monitor arxasında gizlənib asıb-kəsməklə məşğuldurlar. Bu adamların bir sahibi varsa, onlara izah etsin ki, belə kişilik olmur! Kişilik odur ki, sözünü üzə deyəsən! Kişilik odur ki, sözü hədəflədiyin ünvanla üz-üzə gələsən! Kişilik odur ki, dediyinin arxasında durasan! Kişilik odur ki, sərt deyəsən, amma ədəb həddini aşmayasan!

Baş Prokurorluğun yaydığı xəbərdə bu adamın kütləvi iğtişaşlara və dövlət əleyhinə cinayətlərə çağırış etdiyi deyilir. Məhz ona görə də tutuqlanıb. Mənsə onun təkcə bir videosunda daha artığını gördüm. O, sadəcə kütləvi iğtişaşa və dövlət əleyhinə cinayətə çağırış eləmir. Tərbiyə həddini hədsiz dərəcədə aşır, insanları açıq mətnlə təhqir edir, millətin qızına-qadınına dil uzadır! Bu adamın cəzası ağır olmalıdır, ağır! Özü də çox ağır!

Cinayət aləminin belə qanunları, qaydaları var! Bu Elvin kimilərsə o qanunları da ayaqlar altına atır! Demək ki, bunların ipi öz əllərində deyil! Demək ki, bunları bu qədər aşağı enməyə məcbur edən qüvvələr var! O qüvvələr də aşkarlanmalı, faş edilməlidir!

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?