08 avqust 2019 11:00
294

Sərhədimizi pozan gürcüstanlı saxlanıldı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.

“İki sahil” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlmatına görə, 07 avqust tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb.

Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.