28 fevral 2020 11:55
1442

Sənaye istehsalı 3,5 milyard manat təşkil edib

Bu ilin yanvar ayında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,5 milyard manat təşkil edib.

Bakı Statistika İdarəsindən “İki sahil”ə verilən məlumata görə, sənaye məhsulunun 80 % mədənçıxarma, 17,6 % emal, 1,9 % elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 % isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 81 % faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13 % təşkil edib.

“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 fevral 2020-ci il vəziyyətinə 244,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub”, - məlumatda qeyd edilir.