18 avqust 2019 13:38
164

"Səbail" "Zirə"yə qarşı

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha bir matç keçiriləcək. Avrokuboklarla erkən vidalaşan "Səbail" "Zirə" ilə qarşılaşacaq. "ASCO Arena"a olacaq görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, ilk tura sabah oynanılacaq "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“ASCO Arena”.

 
19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”

17 avqust (şənbə)

“Keşlə” – “Qarabağ” - 0:1

17 avqust

19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2