26 may 2019 12:13
214

Samux: kombaynlar taxıl biçininə hazırdır

Samux rayonunda taxıl biçininə hazırlıqla əlaqədar kombaynlara baxış keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il Samux rayonu üzrə 10595 hektar sahədə taxıl əkilib.

Bundan 5698 hektarı buğda, 4162 hektarı arpa, 735 hektarı isə xəsildir.

Qeyd edilib ki, bu sahələrin biçini yaxınlaşdıqca kombayınlar sazlanaraq biçinə hazır vəziyyətə gətirilib. Hazırda Samux rayonu üzrə 35 kombayn biçinə tam hazırdır. Bu kombayınlardan 3 ədədi “klass”(Almaniya), 4 ədədi “Sampo”(Finlandiya), 11 ədədi “NEW Holland”(Hollandiya), 5 ədədi “John Deere”(ABŞ) və 12 ədədi isə “SK-5”-dən (Rusiya) ibarətdir.