10 iyul 2019 20:20
650

Saçlarımıza düzgün qulluq edirikmi?

Saça qulluq dəriyə qulluq qədər vacibdir. Ancaq fərqində olmadan saçlarımızı zədələyə bilərik. Bu da  saçlarımızın zəifləməsi və tökülməsinə səbəb ola bilər.

Saçlar hər gün yuyulmamalıdır

Qadınların ən böyük səhvlərindən biri saçlarını hər gün yumalarıdır. Xüsusilə saçı yağlı olan qadınlar bu məsələyə daha çox diqqət yetirməlidirlər. Saç nə qədər tez-tez yuyularsa, tərkibindəki sebum istehsalı da bir o qədər artar. Üstəlik, hər yuyulmadan sonra, saçlar hər dəfə darandıqda tökülmə miqdarı da artır. Buna görə də saçlar həftədə 3 dəfə yuyulmalıdır.

Saçlar təbii olaraq qurudulmalıdır

Saçların təbii qurumasına icazə verin. Saçınızı dəsmal və ya yüksək temperaturlu saç qurğusu ilə qurutmamalısınız.

Saçlar daim yığılı saxlanmamalıdır

Saçlarınızı sıx saxlamayın. Saç dərisinin hava almaması qoparaq tökülmənin başlıca səbəblərindən biridir. Toplu saç düzəltdirmək istəyən qadınlar çox sıx saç modellərinin əvəzinə dağınıq saç modelləri seçməlidirlər. Beləliklə, saç kökləri dartılmaz və qırılmaz. Bundan əlavə, yeni çıxmağa başlayan körpə saç köklərini də itirməmiş olarlar.

Saçqıranlar müntəzəm olaraq təmizlənməlidir

Saçların müntəzəm olaraq kəsilməsi və qırılan saçların təmizlənməsi saçın sağlam böyüməsini təmin edir. Saçlarınızdakı saç qıranları təmizlətdirdiyiniz zaman daha asan və dolaşmadan darandığının fərqinə varacaqsınız. Dolaşan saçlar sağlam saçların da qırılmasına səbəb olur. Buna görə də, qırılan saçlarınızı hər 8-10 həftədən bir saç ehtiyaclarınıza uyğun olaraq kəsdirməyiniz məsləhətlidir.

Yaşlanan saçlar ölməyə məhkumdur

Daimi olaraq saça qulluq saçların sərtləşməsinə, qırılmasına və tökülməsinə mane olur. Zərərli quruducular, saça forma vermə qurğuları, saç düzəldiciləri kimi saç vasitələri saç tellərinin tərkibindəki keratinin qurumasına, saçların qırılmasına, yanmasına və yaşlanmasına səbəb olur. Yaşlı saç quru, cansız və parıltısız görünür. Perma və boya kimi kimyəvi tətbiqlər də saçın yaşlanmasına səbəb olan digər amillərdir. Saçlara tətbiq olunan keratin botox müalicəsi saçları gücləndirir və qırılmasının qarşısını alır.

Saçlara tətbiq ediləcək xüsusi prosedurları saç ustası etməlidir

Qadınların etdiyi səhvlərdən biri də saçların rənginin açılması üçün istifadə olunan  məhsulları evdə tətbiq etmələridir. Saç rəngini bir iki ton açmaq və ya tündləşdirmək asan bir proses kimi görünə bilər. Lakin saçlarınızda sağlam nəticələr əldə etmək istəyirsinizsə, bu dəyişiklikləri mütəəxəssislərinə həvalə etmək daha yaxşı olardı.

Röya Rasimqızı, “İki sahil”