22 may 2020 16:21
1515

Sabunçunun fərasəti - FOTO

Koronavirusa qarşı qoruyucu tərkibi olduğunu dedi, hər həftə Çinə sabun satır

Türkiyəli təbii sabun istehsalçısı Şehmus Özdener koronavirusla mübarizə məqsədi ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə sabun göndərib.

“İki sahil” xəbər verir ki, Çinin Türkiyədəki səfirliyindən S.Çinpin adından təşəkkür məqsədi ilə telefonla əlaqə saxlanıldığını bildirən “Aselcioğlu” sabun şirkətinin sahibi Ş.Özdener telefon əlaqəsindən sonra Çin şirkətlərindən biri ilə müqavilə bağladığını deyib. Onun sözlərinə görə, müqavilənin şərtlərinə əsasən hər həftə Türkiyədən Çinə sabun konteyneri göndərəcək.