25 noyabr 2020 05:22
304

Sabunçuda evin damı yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 60 m² olan digər birmərətəbəli evin dam örtüyü 10 m² sahədə yanıb.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.