13 avqust 2019 17:02
181

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, havanın temperaturu gecə 18-22°, gündüz 27-32° isti olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 23-24°, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 32-37° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 19-24° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 29-34° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 28-33° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti təşkil edəcək.