15 noyabr 2019 11:01
227

Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan - noyabrın 16-dan Azərbaycanın orta məktəblərində payız tətili başlayır. "İki sahil" xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili noyabrın 20-də başa çatacaq. Noyabrın 21-də dərs olacaq.

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.