10 sentyabr 2019 18:50
178

Sabah siyasi partiyaların və QHT-lərin iştirakı ilə dəyirmi masa keçiriləcək

Sabah Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı" mövuzusunda dəyirmi masa keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir Park İnn Hoteldə saat 11:00-da keçiriləcək.

Yeni Azərbaycan Partiyası tədbirdə qonaq qismində təmsil olunacaq. Lakin buna baxmayaraq bəzi saytlar yanlışlığa yol verərək səhvən tədbirə informasiya dəstəyi göstərməyi öz üzərinə götürən Yeni Azərbaycan Partiyasını dəyirmi masanın təşkilatçısı kimi qələmə veriblər.