29 iyun 2020 16:09
621

“Sabah” müdafiəçisi ilə müqavilə imzalamadı

Bakının “Sabah” klubu müdafiəçisi ilə müqavilə imzalamadı.

“İki sahil” klubun rəsmi internet saytına istinadən xəbər verir ki, klubla müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə yolları ayrılıb. "Sabah" futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışıb. O, bu müddətdə komandada 42 oyun keçirib, 1 qol vurub.