20 mart 2020 22:33
1045

Rusiyanın “Vektor” Elmi Mərkəzi yeni koronavirusa qarşı peyvəndi sınaqdan keçirir

Rusiyanın Novosibirsk vilayətində yerləşən “Vektor” Elmi Mərkəzi yeni koronavirusa qarşı hazırladığı peyvəndi əvvəlcə primatlar, sonra dağsiçanlarının üzərində sınaqdan keçirəcək.

AZƏRTAC xəbər verir ki, “Vektor” Elmi Mərkəzində yeni növ koronavirusa qarşı peyvəndlərin prototipi hazırlanıb. Yaxın vaxtlarda peyvəndlər laboratoriya heyvanları üzərində sınaqdan çıxarılacaq və peyvəndin səmərəli təsiri üçün miqdarı, tətbiq üsulu müəyyən ediləcək.