28 yanvar 2021 17:06
529

Rusiyada rəsmi işsizlərin sayı açıqlanıb

Əmək bazarında vəziyyət tədricən sabitləşir. Bu gün Rusiyada rəsmi qeydiyyata alınmış işsizlərin sayı 2,560 mln. nəfərdir.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov deyib.

"Əmək bazarındakı vəziyyət tədricən sabitləşir. Məşğulluq mərkəzlərində rəsmi olaraq qeydiyyata alınmış işsizlərin sayında da azalma qeydə alınır. Bu gün qeydiyyatda olan 2,560 mln. vətəndaş var. Sentyabr ayında bu rəqəm 3,7 mln. çox idi", - nazir bildirib.

Kotyakov qeyd edib ki, "Rosstat"dan alınan ilkin məlumatlara görə, dekabr ayında işsizlik səviyyəsinin azalması davam edib və 5,9%-ə bərabər olub.

"Ən yüksək işsizlik səviyyəsi ötən ilin avqust ayında qeydə alınıb – 6,4%. Bu müddətdə işsiz vətəndaşların sayı 4,8 milyondan 4,4 milyona düşdü", - A. Kotyakov əlavə edib.