Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 12:33
469

Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı olub

“Həyata sevgi və gələcəklə bağlı böyük xəyallara malik olan belə yaraşıqlı 13 yaşlı gənc bəy Ermənistanın Gəncəyə raket zərbəsindən sonra 17 oktyabrda ağır yaralanan Rusiya vətəndaşı Mayakov Maksim Vasilyeviçdir. O, xalasıgilə qonaq getmişdi. Bu gün həlak olub”.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.