02 dekabr 2019 15:09
105

Rusiya prezidentinin Türkiyəyə səfərinin tarixi açıqlanıb

Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 2020-ci il yanvarın 8-də İstanbulda görüşəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfərin başlıca mövzusu “Türk axını” layihəsinin açılışıdır.