07 noyabr 2019 15:16
114

Rusiya Böyük Britaniya və Fransadan nüvə silahlarını azaltmağı tələb etdi

Strateji hücum silahlarının növbəti dəfə azaldılması Böyük Britaniya və Fransanın iştirakı olmadan mümkün deyil.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Ermakov deyib. 

O bildirib ki, rəmsi Moskva London və Parisin də silahlara nəzarət müqaviləsinə cəlb edilməsinin tərəfdarıdır:

"Eyni zamanda, ABŞ Çinlə də belə bir dialoq apara bilər və uğurlu olacağı təqdirdə bu proses Rusiya tərəfindən dəstəklənəcək. Onları strateji silahlarla bağlı dialoqa məcbur etməyəcəyik".

Avqustun 22-də Pentaqon rəhbəri Mark Esper deyib ki, Rusiya ABŞ-a qarşı nüvə arsenalını genişləndirir.