Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
09 iyul 2020 18:51
702

Rusiya Azərbaycanın təklifini dəstəkləyir

Rusiya BMT-nin Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təklifini dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada növbəti brifinqdə elan edib. O deyib: “Qoşulmama Hərəkatının və bu Hərəkatın sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə qərar qəbul edilib. Rusiya MDB üzrə öz tərəfdaşının bu təklifini dəstəkləyib. Biz əminik ki, xüsusi sessiya konstruktiv ruhda keçiriləcək və substantiv qərarlar qəbul edilməsi ilə başa çatacaq. Bu baxımdan maraqlı diskussiya gözləyirik. Nyu-Yorkda mürəkkəb epidemioloji vəziyyətin qaldığı şəraitdə xüsusi sessiyanın distant formatda keçirilməsi planlaşdırılır. Hazırda müvafiq prosedurlar razılaşdırılmaqdadır”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə pandemiyaya qarşı mübarizənin müzakirə edilməsi məqsədilə BMT-nin Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi barədə təkliflə çıxış edib. BMT üzvü olan 130-dan artıq dövlət bu təşəbbüsü dəstəkləyib.