20 may 2019 14:23
284

Röya: Elnarənin piyləri kəsilməlidir

Əməkdar artist Röya Ayxan küsülü olduğu müğənni Elnarə Xəlilovanın artıq çəkilərindən bəhs edib.

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "5/5" verilişində aparıcı Zaur Kamalın bununla bağlı suallarını cavablandırıb. O, bir neçə ifaçının fotosunu göstərərək, R.Ayxana "Cərrah olsaydın, onun harasın kəsərdin" sualını ünvanlayıb. 

Röya isə Elnarənin şəklinə baxaraq, "Piyləri kəsilməlidir. Üzdən çox qəşəngdir. Bir az qarın hissəsinin piylərin yığardım" cavabını verib.

Müğənni Xatirə İslamın şəklini görən Röya "Xatirə "detkalaşıb". Onsuz da, edib hər şeyi. Xatirə nə lazım idisə, onun korreksiyasını edib" sözlərini söyləyib.