10 fevral 2020 21:58
2086

Röya Ayxan: Mən evlənib bir kişi ilə yaşaya bilmərəm

Xalq artisti Röya Ayxan şəxsi həyatı ilə bağlı Atv kanalında yayımlanan ''Atv Maqazin 10lar''la verilişinə maraqlı açıqlamalar verib.

O, şəxsi həyatı ilə bağlı yenidən ailə həyatı qurmaq istəyərsinizmi sualına aydınlıq gətirib.

''Mən artıq bir kişi ilə yaşaya bilmərəm. Oğlum Hüseynin 10 yaşı var. Mən yenidən evdə biri ilə oturum, o desin mən edim, mən deyim o etsin alınmır''. 

Müğənni evlənmək istəməsə belə hərdən yaşadığı eşq macəralarından da söz açıb.

''Zaman-zaman flört etdiyim olur. Bəlkə də 20 il əvvəlki Röya başqa cavab verərdi. Lakin indiki kişilər inciməsin öz-özümə fikirləşirəm ki ''Mən bunlardan çox bilirəm, bunlardan da daha güclüyəm''. //Ölkə.az