08 iyul 2019 15:55
237

“Roma” klubunun 30 milyon avroluq qapıçı transferi

“Roma” futbol klubu “Real Betis” komandasının ispaniyalı qapıçısı Pau Lopezin transferini başa çatdırıb.

Müqaviləyə əsasən Roma klubu 24 yaşlı qapıçı üçün İspaniya təmsilçisinə 30 milyon avro ödəyəcək.

“Real Betis” qapıçını ötən ilin yayında “Espanyol” klubundan transfer haqqı ödəmədən heyətinə cəlb edib.

“Roma” ötən il isveçli qapıçı Robin Olsen üçün “Kopenhagen” klubuna 9 milyon avro ödəyib.