17 may 2019 14:51
344

Robert Pattinson Batman rolunu canlandıra bilər

Aktyor Robert Pattinson 2021-ci ildə çıxması nəzərdə tutulan Metta Rivzanın filmində Batman rolunu canlandıracaq əsas namizəddir.

AZƏRTAC “Variety” kino jurnalına istinadla xəbər verir ki, aktyorun filmdə çəkilməsi üçün danışıqlar gedir. Belə ki, 32 yaşlı Robert Pattinson böyük ekranda superqəhramanı canlandıran ən cavan aktyor ola bilər. Ancaq “Warner Bros” kinokampaniyası bu məlumatı ictimailəşdirmir.

Qeyd olunur ki, filmin çəkilişləri cari ilin son aylarına təsadüf edəcək.

Əvvəllər Robert Pattinson “Yaxşı vaxtlar”, “Kosmopolis” kimi filmlərdə çəkilib. Müxtəlif illərdə çəkilən Batman roluna isə Adam Vest, Maykl Kiton, Corc Kluni, Vel Kilmer, Kristian Beil, və Ben Aflek kimi aktyorlar dəvət alıb.