Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 oktyabr 2020 10:42
378

Rıza Çalımbay:"Qarabağ"la harada oynamağımızın fərqi yoxdur"

"Qrupdakı ən çətin matçımız bu görüş olacaq. Amma ilk görüşlər də hər cür nəticə ola bilər. "Vilyarreal" qrupun favoritidir. Ancaq biz də qrupu ikinci pillədə tamamlamaq üçün əlimizdən gələni edəcəyik. Rəqib yaxşı oynayır və əla formadadırlar. Heyətləri və baş məşqçiləri mükəmməldir. Müdafiə olunmaq istəmirik. Mübarizə aparmalı, topla oynamalıyıq".

“İki sahil” xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Vilyarreal" oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, UEFA-nın Dağlıq Qarabağ münaqişəsinə görə "Qarabağ"ın ev oyununu neytral meydana salmasına da münasibət bildirib: "Müharibəyə nifrət edirəm. Burada əsas olan futbol deyil, müharibənin bitməsidir. Hər şeydən əvvəl baş verənlər üzücüdür. Ortaq məxrəcə gələ bilmirlər, atəşkəs elan olunmur. Harada oynamağımızın fərqi yoxdur. Həm ev, həm səfər matçlarına final görüşü kimi çıxacağıq. Bilirsiniz ki, Azərbaycanla qardaşıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Vilyarreal" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.