25 may 2020 13:01
428

Rəsmi Bakı İordaniyanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“Report”un xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

Təbrikdə deyilir: “İordaniyanın Müstəqillik Günü münasibətilə ən xoş arzu və təbriklərimizi çatdırırıq. Bu əhəmiyyətli gündə dost İordaniya xalqına möhkəm sağlamlıq, uğurlar və əbədi çiçəklənmə diləyirik”.