28 yanvar 2021 14:33
615

Rəcəbov yenidən Aronyanla qarşılaşacaq

Fevralın 6-dan 14-dək “Champions Chess Tour” Onlayn şahmat seriyasının növbəti mərhələsinin oyunları keçiriləcək.

"İki sahil" xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Opera Euro Rapid” adlanan seriyanın üçüncü turnirində iştirak edəcək.

Mükafat fondu 100 min ABŞ dollar olacaq yarışda təmsilçimizin rəqiblərindən  son vaxtlarda bir neçə dəfə məğlub etdiyi erməni Levon Aronyan olacaq.

Yarışda ümumilikdə 16 şahmatçı iştirak edəcək. Rəcəbov, Aronyanla yanaşı, Maqnus Karlsen, Din Liren, Hikaru Nakamura, Uesli So, Yan Nepomnyaşi, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk, Aniş Giri, Lenye Dominqes, Yan Kşiştof Duda, Vidit Qudjrati, Sem Şenklend, Danil Dubov və Mattias Blyubaum da qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.