26 yanvar 2021 03:29
464

"Real" futbolçusu Modriçlə müqaviləni uzadacaq?

"Real" futbolçusu Luka Modriçlə müqaviləni uzadacaq.

"İki sahil" xəbər verir ki, bu barədə klubun direktoru Emilio Butraqeno bildirib. O, 35 yaşlı yarımmüdafiəçinin Madrid təmsilçisində qalacağını və yeni müqavilə imzalanacağını bildirib. Xorvatiyalı oyunçunun "kral klubu" ilə hazırkı sözləşməsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.

Xatırladaq ki, Modriç bu mövsüm "Real"la çıxdığı 25 matçda 4 qol vurub və 2 qolun ötürməsini verib.