18 avqust 2019 13:19
201

"Real" 818 gün ərzində turnir cədvəlində ilk dəfə "Barselona"dan öndədir

"Real Madrid" İspaniya La Liqasının birinci turunda "Seta Viqo" klubunu 3:1 hesabı ilə məğlub edib.

Trend-in "Sports.ru"ya istinadən verdiyi məlumata görə, ilk turun 6 oyununda sonra Madrid təmsilçiləri 3 xal toplayaraq turnir cədvəlinə liderlik edir.

"Barselona" "Bilbao şəhərinin "Atletik" klubuna 1:0 hesabı ilə məğlub olduqdan sonra turnir cədvəlində 18-ci yerdə qərarşlaşıb.

Beləliklə, "Real" İspaniya La Liqasında 818 gündən sonra ilk dəfə "Barselona"dan öndədir.