08 aprel 2020 12:33
792

Ramazan ayının başlanacağı tarix açıqlanıb

Azərbaycanda Ramazan ayının başlanacağı tarix açıqlanıb.

"İki sahil" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, aprelin 25-i Ramazan ayının ilk günü olacaq: “Bu il Şaban ayı 30 gün olacaq. Ona görə də təqvimə əsasən Ramazan bayramının mayın 24-də olacağı gözlənilir”.