08 oktyabr 2019 14:27
127

Qvardiola: Sənin ayaqların haradadır?

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 8-ci turunda "Vulverhempton"la matçın (0:2) gedişatında komandanın kapitanı David Silva ilə münaqişəyə girib.

Qol.az "Daily Mirror"a istinadən xəbər verir ki, o, oyun zamanı 33 yaşlı müdafiəçini yanına çağırıb və onun sürətinə görə tənqid edib.

 "David, sən az qaçırsan. Sənin ayaqların haradadır?" - deyə Qvardiola Silvaya bildirib.