14 yanvar 2020 16:31
221

Qurbanovun köməkçisi İspaniyaya getdi - Yeni transferlər olacaq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov ötən gecə İspaniyaya yollanıb.

"İki sahil" Sportal.az-a istinadən xəbər verir ki, o, yanvarın 20-nə qədər bu ölkədə qalacaq.

Rəhmanov "Qarabağ"ın transfer hədəfində olan futbolçuları izləyəcək. Yaxın günlərdə Ağdam təmsilçisinin yeni transferləri açıqlayacağı gözlənilir.