02 dekabr 2019 17:27
103

Qobustanda 28 təşviqat lövhəsinə YAP namizədlərinin 56  şəkli asılıb - FOTO

Məlum olduğu kimi, 23 dekabr 2019-cu ildə ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 30 noyabr 2019-cu il tarixdən təbliğat-təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı tərəfindən təşviqat lövhələrinə partiya tərəfindən irəli sürülən namizədlərin şəkillərini asıblar. Aksiya zamanı hər birində 3 nəfər könüllü  olmaqla yaradılmış 9 qrup tərəfindən rayon ərazisindəki 28 təşviqat lövhəsinə 56  şəkil asılıb.

Təbliğat-təşviqat qrupları qabaqcadan tərtib olunmuş qrafik üzrə seçicilərlə görüş keçirəcək, partiyanın gələcək yüksək amal və ideyalarını insanlara çatdıracaqlar. Yeni Azərbaycan Partiyasının ali məramının Azərbaycan xalqına xidmət etməkdən ibarət olduğu, regionlarda, eləcədə Qobustanda bundan sonrada həyata keçiriləcək uğurlu planların məqsədi aşılanacaq. Azərbaycanın gələcək inkişafı yalnız cənab İlham Əliyev siyasətindən və onun həyata keçirdiyi iqtisadi- siyasi proqramlardan asılıdır.                                                                                                                     Rayon gənclərinin fəal iştirakı  təbliğat-təşviqat kampaniyasına xüsusi çalar qatacaq, təbliğatı daha dinamik edəcək. Əhali ilə görüşlərdə  rayon ağsaqqalları, partiya veteranları, ziyalılar və könüllülər iştirak edəcəklər. Görüşlər müxtəlif formalarda həyata keçiriləcək.

Seçicilərlə keçiriləcək çoxsaylı görüşlərdə Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən və ölkəmizin gələcək inkişaf konsepsiyasından danışılacaq. Bütün bunlar bir daha əminlik yaradır ki, Azərbaycan xalqı bir daha öz uğurlu seçimini edərək, ən layiqlilərə səs verməklə ölkənin inkişafına və tərəqqisinə səs verəcək.

Orxan Vahidoğlu, “İki sahil”