14 yanvar 2020 17:16
203

Qlobal kompüter satışları 2011-ci ildən bəri ilk dəfə artdı

Qlobal kompüter satışlarının 2011-ci ildən bəri ilk dəfə 2019-cu ildə artdığı bildirilir.

“Gartner” araşdırma şirkətinin hesabatına görə, keçən il kompüter satışları illik müqayisədə 0,6 faiz artaraq 261,2 milyon ədədə çatıb.

Araşdırmaya  görə, “Windows 10”nun yeniləməsi ABŞ, Yaponiya, Avropa, Yaxın Şərq və Afrikada satışları artırıb.

IDC araşdırma şirkətinin hesabatına görə, dünyada  62,9 milyon satışla  Çinə məxsus Lenova (bazar payı 24,3 faiz) keçən il dünyanın ən çox kompüter satan şirkəti olub.

Eyni zamanda, “Hewlett-Packard” 62,9 milyon ədədlə (bazar payı 23,6 faiz) 2-ci, “Dell” 46,5 milyon ədədlə (bazar payı 17,5 faiz) üçüncü yerdə, 17,9 milyon ədəd ilə “Apple” (bazar payı 6,6 faiz) 4-cü və Tayvanın “Acer” şirkəti 17 milyon satış ilə 5-ci sırada qərarlaşıb.