17 iyul 2019 14:13
177

Qırıcı təyyarə balkondan evə girdi - Rusiyada dəhşətli hadisə

Rusiyanın Stanitsa Novoşedrinskaya kəndində dəhşətli hadisə baş verib.

İki qadın və bir uşaq mətbəxdə yemək yeyərkən evə qırıcı təyyarə girib. Dağıntılar altında qalan və şok keçirən ailə üzvləri təcili yardım briqadası tərəfindən xilas edilib.

Məlum olub ki, qırıcı Sovet dövründən qalan və 2001-ci ildən istehsalı dayandırılan “Antonov-2” tipli təyyarədir. Təyyarə elektrik məftilləri ilə toqquşduqdan sonra evin mətbəxinə girib. Dağıntılar altından çıxarılan ailə üzvləri xəstəxanaya çatdırılıb.

Elektrik naqillərinə toxunduqdan sonra idarəetməni itirən 66 yaşlı pilotun boynu qırılıb. Hazırda o da müalicə olunur. Hadisə şahidləri isə təyyarənin çox aşağıdan uçduğunu qeyd ediblər.