07 dekabr 2019 10:06
335

Qırğızıstanın sabiq baş nazirlərinə hökm oxunub

Qırğızıstanın sabiq Baş naziri Sapar İsakova Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyaya və yeyintiyə yol verdiyinə görə cinayət işi açılıb və o, 15 il azadlıqdan məhrum edilib.
AZƏRTAC Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, Bişkekin Frunze rayon məhkəməsinin qərarı ilə S.İsakovun əmlakı müsadirə edilib, diplomatik rütbədən və aldığı ordenlərdən məhrum olunub.
Sapar İsakovun işi ilə əlaqəli olan Qırğızıstan Energetika Holdinqinin sədri Aybek Kaliev 15 il, “Elektrik stansiyaları” Şirkətinin baş direktoru Salaydin Avazov 11 il azadlıqdan məhrum ediliblər. S.İsakov tərəfdarları ilə birgə dövlətə 111 milyon dollar zərər vurmaqda günahlandırılır.
Bu işlə bağlı ölkənin daha bir sabiq Baş naziri Jantoro Satıbaldievə isə 7,5 il iş verilib və o, cərimə kimi hökumətə 150 milyon som (1 milyon 471 min dollar) ödəməlidir.