13 iyun 2019 15:07
342

Qırğızıstan-Çin əlaqələri müzakirə olunub

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qırğızıstanda rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Si Cinpinlə görüşündə siyasi, ticarət-iqtisadi, mədəni-humanitar, sosial-iqtisadi, aqrosənaye, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edən Qırğızıstan Prezidenti deyib: Xalqlarımız arasında da tarixi köklərə malik əlaqələr mövcuddur. Bizi qədimdən Böyük İpək Yolu birləşdirir, müasir dövrsdə isə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

ÇXR-nın Sədri bildirib ki, Sooronbay Jeenbekov dövlət başçısı seçildikdən sonra Qırğızıstanda iqtisadi islahatlar sahəsində köklü tədbirlər görülüb, korrupsiya ilə mübarizə tədbirləri xalqın həyat səviyyəsinin yüksəlməsinə səbəb olub.

Görüşdə Sooronbay Jeenbekov Si Cinpinə birinci dərəcəli “Manas” ordenini təqdim edib.

Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb.