30 may 2019 17:15
541

"Qərbi Abşeron"dakı daha bir quyu vaxtından əvvəl təhvil verib

"SOCAR AQŞ" “Qərbi Abşeron” yatağının 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 796 m olan 17 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Bu barədə "İki sahil"ə "SOCAR AQŞ"dən məlumat verilib. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

"Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir"-deyə, məlumatda qeyd edilib.