05 avqust 2019 10:38
374

Qəhvə içən uzunömürlü olur?

Bir zamanlar qəhvənin xeyirindən daha çox ziyanından danışılırdı. Qəhvə ürək xəstəlikləri,  stress  və digər pis xəstəliklər yaradan içki olaraq tanınırdı.

Lakin aparılan araşdırmalardan məlum olur ki, qəhvənin faydaları daha çoxdur.

Qəhvə antioksidantlarla zəngindir

Heç bir meyvədə  antioksidantlar qəhvədə olduğu qədər çox deyil. Əgər varsa eyni səviyyədə deyil.

Həm kofeinli, həm də  kofeinsiz, fərq etməz, hər iksi sağlamlıq üşün xeyirlidir. 

Qovrulmuş qəhvə dənəsinin tərkibində antioksidant daha çox olur.

Qəhvə diabetin qarşısını almağa kömək edir

Qəhvə üzərində aparılan  15 araşdırmanın nəticəsi göstərir ki, qəhvə içmək şəkər xəstəliyinin qarşısını alır.

Epidemiologiyaçı və Harvard universitetinin qidalanma üzrə  professoru Frank Hu  diabetin iki növü ilə qəhvə arasında apardığı 9 fərqli araşdırmadan sonra bu qənaətə gəlib. Bu araşdırma gün ərzində 6 stəkandan daha çox qəhvə içən 200000 insan arasında aparılıb.  Nəticədə  çox qəhvə içən insanlarda diabetin 2 növünün də yaranma  riski 35% daha azdır.

Qəhvə içmək qaraciyərinizi qorumağa kömək edir

Aparılan araşdırmalar göstərir ki, qəhvə içən əyyaşların digərləri ilə müqayisədə serroz yoluxma şansı 22% azdır.

“Hematology” jurnalında nəşr olunan bir məqalədə tədqiqatın nəticəsi olaraq göstərilir ki, hətta kofeinsiz qəhvə belə qaraciyərdəki enzim səviyyəsini azalda bilir.

Gündə 2 və ya daha artıq qəhvə içən insanların qaraciyər xərçənginə yoluxma riski digər insanlardan 70% azdır.

Qəhvə düşünmə qabiliyyətini artırır

Beyin  gücünü artırmaq istəyənlər hər gün səhər 1 stəkan qəhvə ilə buna nail ola bilərlər. Tərkibindəki kofein orqanizmdəki adenoizn adlanan kimyəvi maddənin təsirini məhdudlaşdırır.

Qəhvə içən uzunömürlü olur?

Kim uzun ömür yaşamaq istəməz?

Harvard Universitetinin veb saytında paylaşılan bir məqalədə qəhvənin insan ömrünü 15%-ə qədər artırdığı bildirilir.

Məqalədə, həmçinin qəhvə çox içənlərdə erkən ölüm sayının az olduğu da qeyd olunub.

thefactsite.com saytının materialları əsasında hazırladılar:

Leyla Şıxəli Bayramlı,

Fidan Əlizadə