Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr 2020 15:05
304

Qazaxıstanda koronavirusa yoluxanların sayı artır

Qazaxıstanda koronavirusa yoluxanların sayı artır. Son sutka ərzində ölkədə 100 yeni yoluxma halı qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda 125 uşaq daxil olmaqla 2593 nəfər koronavirus infeksiyasından müalicə almaqda davam edir.

AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 109 min 302-dir.

Pandemiya qurbanlarının sayı daha 1768 nəfərə, sağalanların sayı isə 107 min 921-ə çatıb.

Qeyd edək ki, Şərqi və Qərbi Qazaxıstanda koronavirus infeksiyasının artması səbəbindən karantin şərtləri sərtləşdirilib.

Xatırladaq ki, həftənin əvvəlindən Nur-Sultan, Mangistau, Atırau, Şimali Qazaxıstan bölgələrində və Almatıda sanitariya tədbirləri gücləndirilib. Pavlodar bölgəsində karantin sərtləşdirilib.