Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr 2020 22:40
283

Qarabağımızın tarixi qızıl hərflərlə yazılır!

Bu gün şanlı ordumuzun qəhrəman əsgərləri yeni uğurlara imza atır. Qarabağımızın işğal olunan cənnət guşəsini ermənilərin azğınlaşmış quldur işğalçılarından azad edirlər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Füzuli rayonunun, eləcə də çoxsaylı kəndlərinin azad olunması müjdəsi xalqımızı çox sevindirdi və qurürlandırdı. Hər bir qarabağlı öz torpağına bağlı olduğu üçün çox xoşbəxtdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dekanı, dosent Mirağa Əhmədov deyib.

M.Əhmədov qeyd edib ki, ordumuzun zəfəri mənfur düşmənimiz erməniləri olduqca məyus edib, bu səbəbdən də onlar aciz durumda qalıblar. Cenevrə konvensiyasını kobud sürətdə pozaraq Gəncədə dinc vətəndaşlarımızı qadağan olunmuş ballistik raketlərlə bombardman ediblər: “Lakin xalqımızın birliyini, iradəsini və dövlətimizə sədaqətliliyini heç bir vəcdlə sındıra bilməyəcəklər. Qarabağımızın tarixi qızıl hərflərlə yazılır. Bu tarix gələcək nəsillərimizin vətənsevər, mərd yetişməsində çox mühüm rol oynayacaq. Uğur olsun Azərbaycan ordusuna! Ordumuz Azərbaycan tarixinə şanlı səhifələr yazır. Bizlər bütün varlığımızla Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq!”