10 iyul 2020 11:50
417

“Qarabağ”da yeni transfer

"Qarabağ" klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevi transfer etdiyini açıqlayıb.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu "Zirə"dən ayrılan qapıçı ilə müqavilə imzalayıb. Müqavilənin müddəti açıqlanmayıb.

Xatırladaq ki, "Qarabağ" "Neftçi"dən ayrılan sabiq futbolçusu Donald Geryeni də heyətinə cəlb edib