16 sentyabr 2019 17:43
225

“Qarabağ” – “Sevilya” oyununu ukraynalılara tapşırılıb

Sentyabrın 19-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçının hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq. “A” qrupunda yer alan ağdamlıların qrupdakı digər rəqibləri Kiprin APOEL və Lüksemburqun “Düdelanj” komandalarıdır.