16 sentyabr 2020 10:29
392

"Qarabağ" "Molde"yə qarşı

"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Norveçin "Molde" klubu ilə üz-üzə gələcək. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Qeyd edək ki, püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi.

UEFA bu müraciəti təmin edərək görüşün Kiprdə keçirilməsinə qərar vermişdi.

16 sentyabr 21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya) "AEK Arena"