07 iyun 2019 19:46
439

“Qarabağ” Miçellə yeni müqavilə imzalayıb

Ağdamın “Qarabağ” klubu futbolçusu Miçellə yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək.

Miçel geridə qalan mövsümdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

2015-ci ildən “Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub. Futbolçu 4 dəfə Topaz Premyer Liqası, 2 dəfə isə Azərbaycan kubokunun qalibi olub.

Qeyd edək ki, “Qarabağ” bir müddət əvvəl Qara Qarayevlə də müqaviləsini yeniləmişdi.