28 yanvar 2021 18:09
572

"Qarabağ" liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turdan təxirə salınan bir oyun keçirilib.

“İki sahil” xəbər verir ki, son illərin çempionu “Qarabağ” evdə “Səbail”lə qarşılaşıb. Matçın favoriti olan Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gələrək liderliyə yüksəlib.

Qeyd edək ki, bu görüş milli komandanın matçları ilə əlaqədar təxirə salınmışdı.

“Qarabağ” – “Səbail” - 4:0

Qollar: Kvabena Ovusu, 18, Mahir Emreli, 25, Patrik Andrade, 85, Mahir Emreli, 90+2

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov

“Azersun Arena”