06 avqust 2019 23:22
380

"Qarabağ" Kiprdən qələbə ilə qayıdır - VİDEO

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası Kiprdə APOEL-lə qarşılaşıb. Ağdam təmsilçisi səfər matçından inamlı qələbə ilə ayrılıb - 2:1. 

Qeyd edək ki, "Qarabağ" Kipr klubunu mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
 

6 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi
 
21:00. APEOL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 1:2
Qollar: Mahir Emreli, 54, Maqaye Qeye, 70, Merkis, 90+5
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.