28 yanvar 2021 14:55
575

"Qalatasaray"da misirli hücumçu

"Qalatasaray" növbəti transferini həyata keçirib.

"İki sahil" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Misirin "Zamalek" klubunun hücumçusu Mustafa Mohamedi 1.5 illik icarəyə götürüb. Misir klubunun mətbuat xidmətinin rəhbəri İssam Salem "Qalatasaray"ın 2 milyon dollar icarə haqqı ödəyəcəyini bildirib.

"Cim-Bom" əlavə 4 milyon dollar ödəyərək 24 yaşlı oyunçunun birədəfəlik almaq hüququna da sahibdir.

Qeyd edək ki, M.Mohamed bu mövsüm Misir Liqasında çıxdığı 4 matçda 2 qol vurub. O, Misir millisinin  formasını isə 4 dəfə geyinib.