25 may 2019 10:15
390

“Qalatasaray” qazandı

Futbol üzrə Türkiyə Superliqasının sonuncu turunun əsas oyununda İstanbulun “Qalatasaray” komandası səfərdə “Sivasspor”un qonağı olub.

AZƏRTAC xəbər verir ki, “Sivas 4 Eylul” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə hesab ikinci dəqiqədə açılıb. İstanbulluların norveçli müdafiəçisi Martin Linnes ilk qolun müəllifi olub. “Qalatasaray” 34-cü dəqiqədə Muğdat Çelikin qolu ilə hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin meydan sahibləri 43-cü və 45-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdiriblər. Daha sonra isə Sivas təmsilçisi 77-ci və 79-cu dəqiqələrdə Serhiy Rıbalka və Arouna Konenin qolları ilə hesabı 4:2 edib. “Qalatasaray” isə bu qollardan birinin əvəzini 82-ci dəqiqədə çıxa bilib. Muğdat Çelik özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Beləliklə oyun 4:3 hesabı ilə sivaslıların xeyrinə başa çatıb.

Ötən tur çempion olan “Qalatasaray” Superliqanı 69 xalla başa vurub.

"Sivasspor" isə xallarının sayını 41-ə çatdıraraq turnir cədvəlində 14-cü pillədən 11-pilləyə yüksəlib.

“Başakşəhər” turnir cədvəlində 67 xalla çempionatda ikinci yeri tutub.

Turun digər oyunlarında “Beşiktaş” doğma meydanda “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edərək 65 xalla üçüncü pillədə qərarlaşıb. “Trabzonspor” isə səfərdə “Rizəspor”a 3:2 hesabı ilə qalib gələrək turnir cədvəlində 63 xalla dördüncü olub.

Türkiyə Superliqasında XXXIV turun digər oyunları mayın 25-də və 26-da keçiriləcək.