16 sentyabr 2020 11:32
319

"Qalatasaray" Bakıya bu futbolçularla gəlir 

Türkiyənin "Qalatasaray" komandasının Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi oyun üçün Bakıya gələn heyəti açıqlayıb.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın  heyətində 20 futbolçu yer alıb.
 
Baş məşqçi Fatih Terim Bakıya bu futbolçuları gətirir: Şener Özbayraklı, Omar Elabdellaui, Taylan Antalyalı, Rayan Babel, Radamel Falkao, Yunes Belhanda, Martin Linnes, Rayan Donk, Ömər Bayram, Cimmi Durmaz, Kristian Luyindama, Okan Koçuk, Marselo Sarakki, Markao Teyşeyra, Əmrə Kılınç, Arda Turan, Yesse Sekidika, Sofian Fequli, Mbaye Dian və Fatih Öztürkdür.
Komanda bu gün Bakı vaxtı ilə saat 12:00-da ölkəmizə yola düşəcək.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununa saat 20:00-da start veriləcək.