08 fevral 2019 18:39
189

Qadın hakimlərimizə beynəlxalq təyinat

Qadın hakimlərimiz beynəlxalq oyunlara dəvət olunub.

"İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi Yuliya Qurbanova, FİFA referi köməkçiləri Gülyana Özcan və Gülnurə Əkbərzadə Türkiyə Futbol Federasiyasının dəvətinə əsasən, qadınlardan ibarət milli komandalar arasında təşkil olunacaq beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.

Turnirin oyunları fevralın 25-dən martın 5-dək Antalya şəhərində keçiriləcək.