06 noyabr 2019 22:06
167

Pyer-Emerik Obameyanq “Arsenal”ın kapitanı olub

Londonun “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Qranit Caka komandanın kapitanı postundan uzaqlaşdırılıb.

AZƏRTAC İngiltərə mətbuatına istinadla xəbər verir ki, klub bu addımı 27 yaşlı isveçrəli yarımmüdafiəçinin oktyabrın 27-də İngiltərə Premyer Liqası çərçivəsində “Kristal Palas”a (2:2) qarşı keçirilən matçda azarkeşlərlə münaqişə etdiyi üçün atıb.

İspaniyalı mütəxəssis komandanın qabonlu hücumçusu Pyer-Emerik Obameyanqın yeni kapitan təyin edildiyini söyləyib.

Qeyd edək ki, Obameyanq cari mövsümdə London klubunun heyətində keçirdiyi 11 oyunda 9 qol vurub.